Sualtı elektrik kabeli layihəsinin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası AREA-ya həvalə edilib

image

Xəbər verdiyimiz kimi dünən Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib.

Renewables.az xəbər verir ki, iclasda layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin “Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi”nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə həvalə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *