Təbriz Əmmayev: "Bərpaolunan enerji hərracları gələn ilin əvvəllərində keçirilə bilər"

image

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə hərracların keçirilməsinə dəstək layihəsi üzərində işlər görülür.

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar zamanı təqdimatla çıxışında bildirib.

T. Əmmayev layihə çərçivəsində ərazinin seçilməsi, bərpaolunan enerji layihəsi üzrə tələb olunan tender sənədlərinin: hərrac qaydaları, qiymət (RFQ) və təklif sorğusu (RFP), dəstək sazişi nümunəsi, alqı-satqı nümunəsi, şəbəkəyə qoşulma üçün razılaşma nümunəsi, torpaq icarəsi üçün razılaşma nümunəsi, təklif formalarının son layihələrin hazırlanması, həmçinin RFP-yə daxil olacaq tam və hərtərəfli texniki spesifikasiyaların hazırlanması, tenderin həyata keçirilməsi üçün müvafiq qurumlara ətraflı texniki, ekoloji, maliyyə və hüquqi yardımın göstərilməsi, gələcəkdə rəqabətli bir satınalma sxemi üçün çərçivənin hazırlanması üzərində işlərin aparıldığını deyib.

BOEMDA direktoru böyük ehtimalla növbəti ilin əvvəlində ilk hərracın keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *