Enerjiyə tələbatın artmasına baxmayaraq, təmiz enerji texnologiyaları dünyaya ötən il mədən yanacağından istifadənin artmasının qarşısını almağa kömək edib.
Renewables.az Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir ki, əgər təmiz enerji texnologiyaları tətbiq edilməsəydi o halda qlobal karbon qazı tullantıları son beş ildə üç dəfə çox olardı.
2023-cü ildə qlobal karbon qazı tullantılarının yenə də rekord həddə çatmasına baxmayaraq, yeni təhlil göstərib ki, ekoloji təmiz mənbələrin artması energetika ilə bağlı tullantıların “struktur ləngiməsi”nə gətirib çıxarıb.
Hətta enerjiyə tələbatın artmasına baxmayaraq, günəş, külək və nüvə enerjisindən geniş istifadə dünyaya ötən il mədən yanacağı asılılığını daha çox azaltmağa kömək edib. 2023-cü ildə hər beş yeni avtomobilin payına düşəcək elektromobillər neftə tələbatın pandemiyayaqədərki səviyyəni üstələməməsində öz rolunu oynayıb.
Dərc olunan illik icmalda göstərilir ki, 2023-cü ildə enerji ilə bağlı tullantılar 2022-ci ildəki kimi sürətlə artmayıb. Bu, ondan xəbər verir ki, tezliklə dünya karbon qazı tullantılarının pik nöqtəsini görə biləcək, çünki təmiz enerji texnologiyalarından istifadə sürətlənir.
Rəylər (0):