Təmiz enerjiyə investisiya qoymaq üçün maliyyə arxitekturası təmin olunmalıdır

image

Qazıntı yanacağına deyil, daha təmiz alternativlərə investisiya qoymağın daha sürətli, daha yaxşı, daha ucuz və iqtisadi cəhətdən daha təhlükəsiz olması üçün maliyyə arxitekturası təmin olunmalıdır.

Renewables.az Trend-ə istinadla xəbər verir ki, bunu İrlandiyanın ətraf mühit, iqlim və rabitə naziri İmon Rayan Dubayda keçirilən COP28 konfransında deyib.

"Bilirik ki, beynəlxalq enerji agentlikləri bu problemin çox yaxşı təhlilini təqdim edirlər. Hətta bərpa olunan enerji mənbələrinin inkişafı üzrə bütün öhdəlikləri icra etsək də səmərəliliyin artırılması vəzifəsi qüvvədə qalır. Bu həftə agentliklərin təqdim etdiyi təhlil bunun bizi lazım olan yolun yalnız 1/3 qədər aparacağını göstərir. Bu çərçivədən kənara çıxmalı və qlobal temperaturun 1,5 dərəcədən yuxarı qalxmaması üçün qazıntı yanacağından tədricən imtina etməliyik. Təmiz enerjiyə investisiya qoymalı olduğumuzu bilirik. Burada mühüm olan bunun ədalətli keçid oması, hammıya fayda gətirməsidir", - o deyib.

Onun sözlərinə görə, bu istər kiçik ada dövləti olsun, istər daha az inkişaf etmiş ölkədə investisiyalar və potensialın artırılmasını tələb edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *