“Turkcell” Qaradağ külək elektrik stansiyasını satın aldı

image

Türkiyənin ilk GSM operatoru “Turkcell”, İzmir şəhərindəki “Qaradağ” KES-i inşa edən “Boyut Qrup Enerji”ni satın almaq üçün hissəli köçürmə anlaşması imzaladığını açıqlayıb.

“Berpaolunanenerji.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29,6 milyon dəyəri olan şirkət üçün xalis öhdəliklər sonrasında 11,5 milyon dollar ödəniləcək. Bununla birlikdə, stansiyanın YEKDEM (Bərpaolunan Enerji Mənbələrinə Dəstək Mexanizmi) çərçivəsində son beş ildə təxminən 5 milyon dollar gəlir əldə edəcəyi gözlənilir.

Şirkət köçürmə işlərinin lazım olan icazə və ön şərtlərin tamamlanmasından sonra yekunlaşacağını bildirib.

30 iyul 2016-cı ildə istismara verilən Qaradağ KES-i 3 MVt qoyuluş gücünə sahibdir. Stansiya 6 ədəd "Nordex N117 Delta" turbinlərindən ibarətdir.

Qeyd edək ki, şirkət 2030-cu ilə qədər elektrik istehsalını tamamilə bərpaolunan mənbələrdən qarşılamağı və 2050-ci ilə qədər sıfır karbon olmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *