Türkiyə elektrik istehsalının 11 %-ni külək enerjisindən qarşılayıb

image

Türkiyə ümumi elektrik enerjisi istehsalının 10,7 %-ni külək enerjisindən qarşılayıb.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin 4-10 aprel tarixlərində ümumi elektrik enerjisi istehsalının 10,7 %-i külək elektrik stansiyalarından qarşılanıb. Aprelin 10-da isə külək enerjisi istehsalı ümumi istehsalın 20,15 %-ni təşkil edib.

Qeyd edək ki, ölkədə ümumi elektrik enerjisinin qoyuluş gücü 99 734 MVt-dır (yanvar 2022).

Külək enerjisinin qoyuluş gücü 10 683 MVt-dır ki, bu da ümumi gücün 10,71 %-ni təşkil edir. Külək elektrik stansiyalarından istehsal olunan enerji ümumi istehsalın 10,94 %-ə bərabərdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *