Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış müqavilə qüvvəyə minib

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma” qüvvəyə minmə tarixini təsdiq edib.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə 4452 saylı qərar “Resmi Gazete”də dərc olunub.

Bildirilib ki, 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma” sənədinin qüvvəyə minmə tarixi təsdiq olunub.

Anlaşma bərpaolunan və təmiz enerji, enerji səmərəliliyi, külək və günəş enerjisi mini generatorlarının istehsalının təşkili və digər məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək.

Anlaşma sənədi 29 aprel 2021-ci il tarixindən qüvvəyə minmiş hesab edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *