Türkiyə ilə Azərbaycan arasında imzalanan saziş təsdiqləndi

image

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib. 

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bununla bağlı qərar Türkiyənin "Resmi Gazete"sində dərc olunub. Qərara əsasən, “Türkiyə Cümhuriyyəti Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minib.

Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclas başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıblar.
Buna görə, hər iki ölkə də bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığı artırmaq və bu sahədə layihələri dəstəkləmək və inkişaf etdirmək üçün səlahiyyətli qurumlarını və investorlarını birlikdə işləməyə təşviq edəcəkdir. Bundan əlavə, mədənçilik, neft-qaz, elektrik enerjisi, mineral ehtiyatların kəşfiyyatı və geoloji tədqiqatlar istiqamətində əməkdaşlıq inkişaf etdiriləcəkdir.

Beləliklə, tərəflər əməkdaşlıq qurmaq üçün bir işçi qrupunun yaradılmasına dəstək verəcəklər.

Razılaşma hər iki ölkənin daxili hüquqi prosedurlarının tamamlandığı və 5 il davam edəcəyi barədə diplomatik kanallarla son yazılı bildirişin alındığı tarixdən qüvvəyə minəcəkdir.

Ölkələr 5 il sonunda müqaviləni ləğv etmək niyyətlərini bildirməsələr, müqavilə sonrakı 5 il ərzində qüvvədə olacaqdır.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *