Türkiyə külək turbini və avadanlıqları istehsal edəcək

image

Türkiyədə külək elektrik stansiyalarının qurulmasında 70 faiz yerli istehsal turbinlərdən istifadə ediləcək.

Renewables.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə "Kalyon Holding"in rəhbəri Camal Kalyoncu bildirib.

Kalyoncu, günəş paneli istehsalında əldə etdikləri yüksək standartı və keyfiyyəti külək turbini istehsalında tətbiq etməyi hədəflədiklərini bildirib: "Günəş paneli avadanlıqları yerli mühəndislər və yeni texnologiyalarla istehsal edilir və panellərin 85 faizi ölkədaxilində istifadə edilir.  Buna külək turbinində də nail ola biləcəyimizi görmək üçün çox çalışdıq. Daha əvvəl xarici şirkətlərlə danışdıq, almanlarla, çinlilərlə, "Siemens" ilə. Sonda "Aselsan" şirkəti ilə razılaşdıq".

Bildirilir ki, istehsal ediləcək turbinlərin gücü 5 MVt olacaq. Fabriklər Ankara, İstanbul və İzmirdə inşa ediləcək. Turbinlərin 2 il sonra quraşdırılacağı və stansiyaların inşasında 70 faiz yerli turbinlərdən istifadə olunacağı bildirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *