Türkiyədən bir şirkət Tatarıstan ərazisində bir neçə külək elektrik stansiyası tikmək niyyətindədir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə TASS Tatarıstanın İnvestisiyaların İnkişafı Agentliyinin rəhbəri T.Minullinaya istinadən xəbər verir.
Artıq bununla bağlı müvafiq müqavilə imzalanıb. İşlərin 2022-ci ildə başlaması gözlənilir.
Layihə Türkiyənin "VTK GLOBAL" şirkəti tərəfindən həyata keçiriləcək.
“İndi onlar yalnız maliyyə modelini hesablayırlar. Amma onlar artıq qərar veriblər”, - deyə T. Minullina bildirib.
Qeyd edək ki, "Enel" əvvəllər Tatarıstanın Çistopolski rayonunda külək elektrik stansiyası tikməyi planlaşdırırdı, lakin sanksiyalar səbəbindən layihə hələlik dondurulub.
Rəylər (0):