Türkiyə şirkətləri Azərbaycanda müxtəlif sahələrə sərmayə qoymaqda maraqlıdırlar və bununla bağlı yeni layihələr həyata keçirirlər. Xüsusən də günəş və külək enerjisi istehsalına sərmayə qoymaqda maraqlıdırlar.
Renewables.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.
"Azərbaycanın bərpa olunan enerji sahəsində geniş potensialı var və bu, yeni layihələrin icrası üçün cəlbedici imkanlar yaradır. Türkiyə şirkətləri bu sahədəki təcrübələrini Azərbaycanla bölüşməyə hazırdırlar.
Həmçinin, enerji infrastrukturunun genişləndirilməsi də maraq dairəsinə daxildir. Türkiyə şirkətləri enerji infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi sahəsində də fəaliyyət göstərirlər", - iş adamı qeyd edib.
Rəylər (0):