Türkiyədə 31,5 MVt gücündə Külək Elektrik Stansiyası (KES) inşa olunacaq.
“Berpaolunanenerji.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, KES Manisa və Balıkəsir ərazilərində inşa ediləcək.
KES-də 10 ədəd 2,5 MVt; 1 ədəd 3 MVt və 1 ədəd 3,5 MVt gücündə olmaqla 12 külək turbini quraşdırılacaq. Turbinlərin 8 ədədi Manisa, 4 ədədi isə Balıkəsir ərazisində olmaqla 48 min kvadratmetr ərazidə inşa ediləcək.
Qeyd edək ki, stansiya “Saden Enerji” şirkəti tərəfindən 5,4 milyon dollar sərmayə hesabına inşa ediləcək.
Stansiyada ildə 126 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək.
Rəylər (0):