Türkiyədə bərpaolunan enerji yatırımlarının həcmi 66 milyard dollara çatıb

image

Türkiyədə bərpaolunan enerji yatırımlarının həcmi 66 milyard dollara çatıb.

“Berpaolunanenerji.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Bərpaolunan Enerji Sərmayəçiləri Dərnəyi"nin (GÜYAD) məlumatında bildirilib.

Məlumata görə, sərmayələrin 35 milyard dolları hidro, 13 milyard dolları külək, 10 milyard dolları günəş, 6 milyard dolları geotermal və 2 milyard dolları bioenerji sektoruna yatırılıb.

Hidroenerji yatırımlarında “Elektrik Üretim” (13 993 MVt) və “Cengiz Holding” (1 443 MVt) şirkətləri; külək enerjisində “Borusan EnBw” (660 MVt) və “Demirer Enerji” (613,7 MVt) şirkətləri; günəş enerjisində “Kalyon Enerji” (398 MVt) və “Cengiz Holding” (173,6 MVt) şirkətləri; geotermal enerjidə “Zorlu Enerji” (305 MVt) və “Gümrat” (206 MVt) şirkətləri; bioenerji yatırımlarında isə ITC (130 MVt) və ISTAÇ (92,8 MVt) şirkətləri liderdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *