Türkiyədə I yarımildə bərpa olunan enerji istehsalı 52 faizi ötüb

image

Türkiyədə cari ilin birinci yarımilində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 52,7 faiz təşkil edib.

Renewables.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hesabat dövründə ümumi elektrik enerjisi istehsalında hidroenerji istehsalı 27,8 %, külək enerjisi 10,6 %, günəş enerjisi 7,5 %, geotermal, bioenerji və tullantıların yandırılmasından əldə olunan enerjinin payı birlikdə 6,8 % təşkil edib.

Məlumata görə, bərpa olunan enerji istehsalı ötən illə müqayisədə 8 % artaraq 52,7 %-ə çatıb. Hidroenerji istehsalı 45,5 mlrd. kVt-saat, günəş, külək və geotermal enerji istehsalı ümumilikdə 35,6 mlrd. kVt-saat olmaqla yaşıl enerji istehsalı 86 mlrd. kVt-saatı ötüb.

Qeyd edək ki, Türkiyədə bərpa olunan enerji mənbələrinin qoyuluş gücü ümumi gücün 57,2 %-ni təşkil edir. Bərpa olunan enerji yatırımları 50 milyard dollardan çoxdur ki, bununla ölkə dünya üzrə 11-ci yerdədir. 2053-cü ilə qədər "netto sıfır emissiya" olmağı hədəfləyən ölkədə bərpa olunan enerji mənbələrindən istifadə artmaqdadır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *