2024-cü ilin iyun ayında Türkiyənin günəş enerjisi istehsalı 60 faiz artıb.
Renewables.az xəbər verir ki, bu barədə “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) məlumat yayıb.
Bildirilib ki, bu dövrdə günəş enerjisi istehsalı 3 mlrd. 214 mln. 450 min kilovat-saata çatıb.
Qeyd edək ki, Türkiyədə cari ilin birinci yarımilində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 52,7 faiz təşkil edib.
Rəylər (0):