Türkiyənin Bingöl bölgəsindəki Aşağı Kaleköy Su Elektrik Stansiyası (SES) və köməkçi Günəş Elektrik Stansiyası (GES) layihəsi tamamlanıb.
Bu barədə “Berpaolunanenerji.az” ölkənin “Yeşil Ekonomi” portalına istinadən xəbər verir.
“Cengiz Holding” və “Özaltın İnşaat”ın ortaqlığı ilə inşa edilən Hibrid Elektrik Stansiyasını (HES) “Kalehan Enerji” maliyyələşdirib. Məlumata görə, qoyulan sərmayənin məbləği 35,6 milyon ABŞ dollarıdır.
“Cengiz Holding” tərəfindən verilən açıqlamaya görə, 80 meqavat-pik gücündəki GES-in qurulması ilə HES-in qoyuluş gücü 590 meqavat-pikə çatıb.
Qeyd edək ki, GES ölkənin ikinci ən böyük günəş layihəsidir. Layihədə 200 min “Talesun” markalı fotovoltaik panellərdən və “Fimer” markalı çeviricilərdən istiadə olunub.
HES ildə 132 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bu da ildə 400 min evin elektrik enerjisini qarşılayacaq.
Rəylər (0):