Türkmənistanın energetika naziri vəzifəsindən azad edilib

image

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov energetika naziri Hacıməhəmməd Rəcəbmuradovu işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.

Renewables.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə rəsmi "Neytral Türkmənistan" qəzeti ölkənin Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair məlumat yayıb.

Berdiməhəmmədov yeni energetika naziri vəzifəsinə əvvəllər nazir rəis müavini vəzifəsində çalışan Annageldi Saparovu təyin edib. H.Rəcəbmuradov 2021-ci ilin avqustundan nazirliyə rəhbərlik edirdi. Bu ilin yanvarında Türkmənistan Prezidenti baş nazirin elektrik enerjisi sənayesi, tikinti və sənayeyə cavabdeh müavinini də dəyişib: Çarımirat Purçekovun əvəzinə bu vəzifəni Baimurad Annaməmmədov tutub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *