Türkiyə Külək Enerjisi Assosiasiyasının (TWEA) sədri Ebru Arıcı cari ilin sonunda külək enerjisinin qoyuluş gücünün 17 min MVt-ı keçəcəyini açıqlayıb.
Bu barədə “Berpaolunanenerji.az” "Anadolu" agentliyinə istinadən xəbər verir.
TWEA sədri Ebru Arıcı: “Ölkədə 270 külək elektrik stansiyası və 3 868 turbin fəaliyyətdədir. Cari ilin ilk yarısında elektrik enerjisi istehsalının 9,22 faizi külək enerjisindən əldə edilib. Külək enerjisi gücü isə ümumi gücün 34 faizini təşkil edib. Bu göstərici Avropa İttifaqı ölkələrində təqribən 25 faizdir”.
Sədr ölkənin 81 bölgəsində külək enerjisi potensialının olduğunu da qeyd edib.
Qeyd edək ki, Türkiyə külək enerjisinin gücünə görə Avropada beşinci yerdədir.
Rəylər (0):