Ukrayna, günəş layihəsində Türkiyənin panellərindən istifadə etdi

image

Türkiyənin günəş panelləri istehsal edən "HT Solar" şirkəti Ukraynada inşa edilən, 19,65 MVt gücündə inşa ediləcək günəş elektrik stansiyası üçün panellərin təchiz edilməsi sifarişi aldı.

"Berpaolunanenerji.az" xəbər verir ki, Çin şirkəti "HT Solar" beynəlxalq sertifikatlar əsasında istehsal etdiyi panelləri bir çox ölkələrə ixrac edir. Türkiyədə yarandığı gündən etibarən, dünya miqyasında gücü 1 GVt-dan çox olan günəş layihəsinin panel tədarükünü görüb. Şirkət son olaraq, Ukraynanın Berdyansk şəhərində qurulan günəş stansiyasının panel ehtiyacını təmin edib.

Şirkət rəsmisi Əmrə Kulaç: "Şirkət olaraq, artan enerji tələbini qarşılamaq üçün bazarı yaxşı dəyərləndiririk. Ukrayna da öndə gələn ölkələrdəndir. 19,65 MVt gücündəki stansiyaya 400 Vt monokristal panelləri quraşdırdıq".

İllik 1.200 MVt gücündə günəş paneli istehsalına sahib olan "HT Solar" şirkəti, müəssisəsində istehsal etdiyi yeni nəsil panelləri dünyanın dörd bir tərəfinə ixrac edir.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *