Ukrayna şirkətləri Tərtər SES-i bərpa etmək istəyir

image

Ukrayna şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına kömək göstərməyə hazırdır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında Ukraynanın Poltava Vilayət Şurasının deputatı, enerji məsələləri üzrə ekspert Yevgeni Korf bildirib.

Y. Korf qeyd edib: “Bizdə olan məlumata görə, Azərbaycan tərəfi Tərtər Su Elektrik Stansiyasını (SES) bərpa etməli olacaq. Çünki bu SES işğaldan azad olunduqdan sonra bərbad vəziyyətdədir. Ukrayna şirkətləri bu SES-i də bərpa etmək imkanına malikdirlər və SES-də Ukraynadakı təcrübədən istifadə edə bilərlər. Azərbaycan bu sahədə Ukraynanın təcrübəsindən istifadə edə bilər”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *