"Vestas" Almaniyanı 900 MVt-lıq külək turbini ilə təmin edəcək

image

Danimarkanın külək turbinləri istehsal edən “Vestas Wind Systems” şirkəti, EnBW-nun Almaniya ərazi sularında inşa edəcəyi, 900 MVt gücündəki “He Dreiht” külək parkı üçün turbin istehsal edəcək.

“Berpaolunanenerji.az” “Vestas”a istinadən xəbər verir ki, şirkət Şimal dənizində qurulacaq külək parkı üçün elan edilən turbin təmini tenderini qazanıb.

Şirkət dəniz külək parkını 5 ay əvvəl bazara çıxardığı, 15 MVt gücündəki "V236-15.0 MW" model turbinlərlə təmin edəcək.

Qeyd edək ki, V236 modelinin turbin qanadlarının uzunluğu 115,5 metrdir və turbin 43,742 kvadrat-metr əraziyə nəzarət edə bilir. Turbinlər ildə 80 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək gücünə sahibdir.

Turbinlərin inşasına 2025-ci ilin ortalarında başlanılması və ilin sonunda tamamlanması planlaşdırılır.

Maraq üçün bildirək ki, EnBW külək parkını hər hansı dövlət dəstəyi olmadan işlədəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *