Danimarkanın külək turbini istehsalçısı "Vestas" şirkəti 15 MVt-lıq külək turbininin prototipini istehsal edib.
"Berpaolunanenerji.az" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, turbin ildə 80 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək.
280 metr hündürlüyündə dirəyə quraşdırılacaq prototip dünyanın ən hündür və güclü turbini olacaq.
V236-15.0 MW™ prototipi bu ilin ikinci yarısında sınaq üçün Danimarkanın Qərbi Yutlandiya sahillərindəki Osterild milli sınaq mərkəzində quraşdırılacaq.
Rəylər (0):