"Bizim sıx əməkdaşlığımız olmadan Avropanın enerji sistemini, Avropa iqtisadiyyatını modernləşdirmək olmaz".
Renewables.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə Gürcüstan hökumətinin rəhbəri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Orban deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə reallaşdıracağı infrastruktur əməkdaşlıq proqramları - Yaşıl dəhliz layihəsi Avropa İttifaqı (Aİ) üçün həyati əhəmiyyət kəsb edir.
“Aİ üçün bu, nəhəng layihədir və bütün iştirakçı dövlətlər üçün gələcəkdə uzun illər iqtisadi artım mənbəyi olacaq”, - deyə V.Orban vurğulayıb.
Rəylər (0):