Vyetnamda 100 MVt gücündə külək elektrik stansiyası inşa olunacaq

image

"Vestas" Vyetnamda 100 MVt gücündə inşa olunacaq külək elektrik stansiyasını turbinlərlə təchiz edəcək.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat dərc edib.

Mekonq Deltasının sahil zolağının yaxınlığında yerləşən külək fermasında hündürlüyü 105 metr olan 24 ədəd "Vestas V150-4,2 MVt" modeli turbinlər quraşdırılacaq.

Külək elektrik stansiyasının 2022-ci ilin dördüncü rübündə istismara verilməsi planlaşdırılır. Bu layihə ilə Vestasın Vyetnamdakı quruda külək turbinlərinin ümumi gücü 1,6 GVt-ı ötəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *