“Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Birgə Müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

image

Rumıniyanın paytaxtı Buxarest şəhərində “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şirkətləri arasında keçirilən görüşdə Birgə Müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) məlumat yayıb.

Müqavilə Azərbaycanın “AzərEnerji” ASC, Gürcüstanın “Gürcüstan Dövlət Elektrik Sistemi”, Rumıniyanın “Transelectrica” və Macarıstanın “MVM” Qrupu arasında imzalanıb. Görüşdə Birgə Müəssisənin yaradılmasına dair texniki və maliyyə məsələləri müzakirə olunub.

Qeyd edək ki, layihənin katibliyi funksiyasını BOEMDA həyata keçirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *