Azərbaycan Prezidenti İlham Əliyevin gələcəyə baxışı budur ki, Xəzər regionu dünya üzrə enerji hasilatı mərkəzi olduğu kimi, növbəti 10-20 il ərzində bu region “enerji keçidi” mərkəzinə çevrilsin.
"Renewables.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu region dənizdə hasil olunan külək enerjisi və digər bərpaolunan enerjilərin hasilatı mərkəzinə çevrilə bilər: “Regionun “enerji keçidi” mərkəzinə çevrilmək imkanları həddən artıq böyükdür. Biz ötən 30 ildə bu regionda gördüyümüz işlərdən çox məmnunuq. Növbəti 30 ildə isə regionun “enerji keçidi” üzrə mərkəzə çevriləcəyinə əminik və biz də burada olacağıq”.
Rəylər (0):