"Xızı-3 Külək Parkı"nın gücü 162,5 MVt; Pirəkeşküldəki layihənin gücü isə 78 MVt olacaq

image

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin Xızı və Abşeron rayonlarında 240 MVt-lıq Külək Enerjisi Layihəsinin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədlərinin müzakirəsi başlayıb.

"Berpaolunanenerji.az"ın əldə etdiyi məlumata görə, 4 gün davam edəcək müzakirələrin ilk günü Xızı rayonunun Sitalçay kəndində baş tutub.

"ACWA Power"in Azərbaycan üzrə nümayəndəsi Cavid Əlifli bildirib ki, təmsil etdiyi şirkət artıq həmin layihənin ətraf mühitə təsirini araşdırıb və bu prosesdə bir sıra beynəlxalq təşkilatlar da iştirak edib.

Ümumi qoyuluş gücü 240 MVt olan bu layihə Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkeşkül kəndində reallaşdırılacaq. "ACWA Power"in Azərbaycandakı tərəfdaşı "Ecoenergy" şirkətinin nümayəndəsi Ceyhun Sultanov bildirib ki, "Xızı-3 Külək Parkı"nın gücü 162,5 MVt, Pirəkeşküldəki layihənin gücü isə 78 MVt olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *