Stansiya bizim enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq, ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində biz təxminən 220 million kubmetr təbii qaza qənaət edə biləcəyik, təxminən, 400 min ton karbon tullantılarının qarşısı alınacaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Qarabağda dövlət başçısı tərəfindən elan olunmuş “yaşıl enerji” məkanı da bu istiqamətdə görülən bir təşəbbüsdür və əlbəttə ki, ümumilikdə ölkədə “yaşıl” enerji kursunun tərkib hissəsidir.
Bu gün “ACWA Power” ilə eyni zamanda Xəzərdə külək potensialının inkişafı sahəsində görüləcək işlərə dair imzalanmış Anlaşma Memorandumu da əlbəttə ki, yenə də bu istiqamətdə atılan daha bir addımdır.
Mən bizim “ACWA Power” şirkəti ilə sıx əməkdaşlığımızı həqiqətən də yüskək qiymətləndirirəm. Fürsətdən istifadə edərək, “ACWA Power” şirkətinin rəhbəri cənab Mohammad Abunayyana öz təşəkkürümü bildirmək istəyirəm və inanıram ki, bundan sonra da bizim birgə layihələrimiz olacaq.
Rəylər (0):