Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib

image

Vyanada energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, görüşdə bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib. “ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib. 

Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının qarşılıqlı maraq kəsb edən digər istiqamətləri də müzakirə edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının bu ilin yanvarın 13-də təməlqoyma mərasimi keçirilib. Stansiya ildə təxminən 1 milyard kilovat-saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində təxminən 220 million kubmetr təbii qaza qənaət ediləcək, təxminən 400 min ton karbon tullantılarının qarşısı alınacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *