Yanvar ayında Azərbaycanda külək enerjisi istehsalı azalıb

image

2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt-saat, yaxud 7.9 faiz artması deməkdir.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, yanvar ayında külək elektrik stansiyalarında 6,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 2,69 mln. kVt-saat azdır.

Qeyd edilir ki, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi 3,82 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *