Yanvar ayında elektrik enerjisi istehsalı artıb

image

2022-ci ilin yanvar ayında Azərbaycanda 2406,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətən 8,1 % çoxdur.

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 2340,0 mln. kVt-saat təşkil edib. Bu da ötən ilin müvafiq ayına nisbətən 8,6 % çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanda külək elektrik stansiyaları 6,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq ayına nisbətən 25,6 faiz azdır.

Günəş elektrik stansiyaları isə 3,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq ayına nisbətən 60 faiz çoxdur.

Su elektrik stansiyalarının istehsalı 75,3 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq ayına nisbətən 0,4 faiz çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *