Yanvar-iyul ayları üzrə respublikada elektrik enerjisi ixracı və idxalı artıb

image

Operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 277,3 mln. kVt-saat, idxalı isə 157,6 mln. kVt-saat olub.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji ixracı 239,6 mln. kVt-saat, idxalı isə 74,1 mln. kVt-saat artıb.

Qeyd edək ki, cari ilin iyul ayında enerji idxalı 7,3 mln. kVt-saat artıb, ixracı isə 361,8 mln. kVt-saat azalıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *