Yaponiya və Almaniya şirkətləri dənizüstü külək layihələri ilə bağlı anlaşma imzalayıb

image

Yaponiyanın elektrik şirkəti "Kansai Electric Power" (Kansai EPCO) və Almaniyanın “RWE Renewables” (RWE) şirkəti Yaponiya sularında üzən külək enerji layihələrinin mümkünlüyünü araşdırma haqqında anlaşma imzalayıb.

Bu barədə “Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir.

RWE-nin qlobal dənizüstü əməliyyatlar direktoru Sven Utermöhlen açıqlamasında, dünya miqyasında üzən külək stansiyaları üçün böyük potensialı gördüyünü, xüsusilə potensialın Yaponiya kimi dərin sulara sahib ölkələrdə olduğunu bildirib.

RWE Yaponiyada Akita və Niqata bölgələri də daxil olmaqla, bir çox ərazilərdə dibdən sabitlənmiş açıq dəniz külək layihələrinin mümkünlüyünü araşdıracaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *