2022-ci ildə külək turbinləri üzrə qlobal sifarişlər 100 QVt-dan çox olub

image

Külək turbinləri üçün qlobal sifarişlər 2020-ci ildə təxminən 64,4 QVt-dan 2021-ci ildə 104,8 QVt-a qədər artsa da 2022-ci ildə 100,9 QVt-a qədər azalıb.

Renewables.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) öz hesabatında "Wood Mackenzie" şirkətinə istinadən bildirib.

Ötən il Çinin külək turbini istehsalçıları qlobal sifarişlərdəki payını 2020-ci ildəki 39 %-dən 59%-ə çatdırıblar.

Məlumatda bildirilir ki, uzun müddətdir texnologiyanın qabaqcılları olan Avropanın külək turbini  istehsalçıları bir sıra təzyiqlərlə üzləşirlər, o cümlədən, xammal, logistika, liman və digər xərclərin artması və uzun müddət davam edən COVID-19 epidemiyasının təsirləri nəticəsində son illərdə avropalı avadanlıq istehsalçıları daha az gəlirli zavodları bağlamış və istehsalını, xüsusən də külək qanadı istehsalını aşağı maaşlı ölkələrə (Braziliya, Hindistan, Meksika və Türkiyə kimi) veriblər.

Qlobal Külək Enerjisi Birliyinin (GWEC) məlumatına görə, Çin külək qanadı istehsalında 60 % paya sahibdir, onu Avropa (14 %), Hindistan (11 %), ABŞ (7 %) və Latın Amerikası (7 %) izləyir. Sürətlər qutusu (gearbox) istehsalının 75 %-i də Çinin payına düşür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *