Belçikanın bərpa olunan enerji sahəsində böyük təcrübəsi var. Məsələn, biz külək enerjisi, o cümlədən dəniz külək turbinlərinin quraşdırılması sahəsində liderlərdənik. Dünyada bu sahədə fəaliyyət göstərə bilən bir neçə böyük, yüksək ixtisaslı şirkətlərimiz var.
Renewables.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Belçika-Azərbaycan Ticarət Palatası - “Belgazercom”un təsisçisi və sədri Stef Qoris deyib.
“Belgazercom”un sədri əlavə edib: "Bu şirkətlər artıq Azərbaycanda potensial investisiyalara böyük maraq göstərirlər, xüsusən nəzərə alsaq ki, Azərbaycan hökuməti də bərpa olunan enerji mənbələrinə və yaşıl texnologiyalara böyük önəm verir. Biz bu sahədə qabaqcıl texnologiyalar hazırlamışıq və onları burada təqdim etməkdən, əməkdaşlıq və birgə layihələr üçün imkanları araşdırmaqdan məmnunuq".
Rəylər (0):