Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə 17 QVt külək enerjisi gücü quraşdırıb ki, bu da indiyədək ən yüksək göstəricidir.
Renewables.az “WindEurope”-a istinadla xəbər verir ki, bu rəqəm 2022-ci ildəkindən 2 QVt, 2021-ci ildəkindən isə təxminən 5 QVt çoxdur amma 2030-cu il hədəflərinə çatmaq üçün illik artımların 30 QVt-a çatması lazımdır.
Keçən il ən çox yeni külək enerjisi gücləri quraşdıran Almaniyanı Niderland və İsveç izləyir.
“WindEurope”un məlumatına görə, keçən il Aİ-nin ümumi elektrik enerjisi istehsalının 19 %-ni külək enerjisi təşkil edib.
“Güc əmsalı da artmağa davam edib: quruda yeni külək stansiyalarının payı hazırda 30 % ilə 48 % arasında dəyişərkən, yeni dəniz külək stansiyalarının payı müntəzəm olaraq 50 % səviyyəsində qalır”, - assosiasiyanın qısa hesabatında deyilir.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Avropa 2024-2028-ci illər arasında ildə 23 QVt yeni külək gücü quracaq, Aİ-nin Külək Enerjisi Paketində qeyd olunan tədbirlər isə illik artımda əhəmiyyətli irəliləyiş təmin edəcək.
“WindEurope”a görə, əsas məsələ bu tədbirlərin milli səviyyədə həyata keçirilməsidir.
Rəylər (0):