2023-cü ildə Almaniyada 745 yeni külək turbini quraşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 50 faiz artım deməkdir.
Renewables.az-ın Alman İnformasiya Agentliyinə (dpa) istinadən xəbərinə görə, bu barədə Almaniya Külək Enerjisi Assosiasiyası və Elektrik İstehsalat Sistemləri Assosiasiyasının birgə açıqlamasında bildirilib.
Məlumata görə, ötən il ərzində ümumi gücü 3,57 qiqavat olan 745 külək turbini quraşdırılaraq şəbəkəyə qoşulub. Bu il bu gücün 4 qiqavatdan çox olacağı proqnozlaşdırılır.
Almaniyada hazırda ümumi qoyuluş gücü 61 qiqavat olan 28 677 külək turbini təmiz enerji istehsal edir. Ölkə 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 80 %-ə çatdırmağı hədəfləyir.
Rəylər (0):