2023-cü ildə dünyada külək turbini istehsalçıları rekord həddə - 118 QVt gücündə külək turbini istehsal edib.
Renewables.az BloombergNEF-ə istinadən xəbər verir ki, bunun 107 QVt-ı (90 faiz) quruda, 11 QVt-ı isə dənizdə külək enerjisinin payına düşüb. Təkcə Çində istehsal 36 faiz artıb.
BloombergNEF-in "Qlobal Külək Turbinlərinin Bazar Payları" hesabatına görə, Çinin külək turbini istehsalçısı "Goldwind" şirkəti dünyanın aparıcı təchizatçısı kimi mövqeyini qoruyub. Şirkət ötən il 16,4 QVt gücündə külək turbini istehsal edib ki, bunun da 95 faizi daxili bazarda olub. Çinin digər istehsalçısı "Envision" 15,4 QVt güclə ikinci yerdədir. Danimarkanın "Vestas" şirkəti 13,4 QVt gücü ilə üçüncü yeri tutub, ilk beşliyə daxil olan yeganə Avropa istehsalçısı olub.
Rəylər (0):