2024-cü ilin iki ayı üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb

image

2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, ötən iki ay ərzində respublikada elektrik enerjisinin istehsalı 4 mlrd. 686,4 mln. kVt-saat olub.

İki ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 4 mlrd. 316,2 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) keçən ilin müvafiq dövrünə nisbətən 146,7 mln. kVt-saat artımla 268,3 mln. kVt-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 mln. kVt-saat artımla 101,9 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 9,5 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 50,7 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 mlrd. 186,0 mln. kVt-saat (İES-lərdə 3 mlrd. 928,1 mln. kVt-saat, SES-lərdə 257,9 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 59,8 mln. kVt-saat (İES-lərdə 44,5 mln. kVt-saat, SES-lərdə 8,1 mln. kVt-saat, GES-lərdə 7,2 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 6,0 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 434,6 mln. kVt-saat təşkil edib.

İki ay ərzində elektrik enerjisinin idxalı 32,5 mln. kVt-saat, ixracı isə 221,6 mln. kVt-saat olub.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 273,5 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 13,5 mln. kVt-saat, ixracı isə 106,7 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *