Bayden administrasiyası neftlə zəngin Meksika körfəzində dənizdə külək enerjisi ilə bağlı ilk auksionu keçirib.
Renewables.az "Reuters"ə istinadən xəbər verir ki, auksionda təklif edilən əraziləri 5,6 milyard ABŞ dolları təklifi ilə Almaniyanın RWE şirkəti qazanıb.
RWE şirkəti Luiziana ştatının Çarlz gölünün sahillərində 41,472 hektar ərazinin hüquqlarını qazanıb. Qeyd edilir ki, bu, Obama administrasiyasından bəri hərracda federal dənizdə külək enerjisi icarəsi üçün ən aşağı qalib təklifdir.
ABŞ Okean Enerjisinin İdarə Edilməsi Bürosu tərəfindən onlayn yayımlanan nəticələrə əsasən, Texas ştatının Qalveston sahillərində təklif edilən digər iki icarə sahəsi isə heç bir təklif almayıb.
Auksionda Equinor, Shell, RWE və TotalEnergies şirkətləri də daxil 15 şirkət iştirak edib.
Bayden administrasiyası 2030-cu ilə qədər 30 qiqavat gücündə dənizdə külək elektrik stansiyaları inşa etmək niyyətindədir.
Rəylər (0):