Avropa və ABŞ dənizdə külək enerjisi layihələrini artan xərclər səbəbindən dayandıra bilər.
Renewables.az BloombergNEF-ə istinadla xəbər verir ki, ABŞ-də quraşdırılmış gücü ən azı 9 700 MVt olan dənizdə külək enerjisi layihəsi artan xərclər səbəbindən dayanıb.
Xüsusilə polad kimi əsas materialların xammal qiymətlərindəki artımlar külək turbinləri istehsalçılarını qiymətləri qaldırmağa məcbur edir, digər xidmətlərin xərcləri isə əhəmiyyətli dərəcədə artır. Avropada, xüsusilə Şimal və Baltik dənizlərində planlaşdırılan dəniz külək layihələrinin investorların artan xərcləri səbəbindən ləğv edilmə riski ilə üzləşdiyi bildirilir.
Qeyd olunur ki, qoyuluş gücü 3 500 MVt olan, ABŞ və Avropa sularındakı üç dənizdə külək elektrik stansiyası layihəsi dayandırılma həddindədir. Bunlardan birincisi İspaniyanın Iberdrola şirkətinin ABŞ-nin Massaçusets ştatı sahillərində planlaşdırılan külək layihəsinin enerji satışı müqaviləsinin ləğv edilməsi buna misaldır. İkincisi, Danimarkanın Orsted şirkəti ABŞ-nin Rod-Aylend əyalətində dəniz külək enerjisi ilə bağlı təklifi qazana bilməməsi, bunun səbəbi təklifin çox baha olmasına səbəb olan xərclərin artmasıdır. Üçüncüsü, İsveçin dövlətə məxsus Vattenfall şirkəti inflyasiyanı əsas gətirərək İngiltərə sahillərində külək enerjisi layihəsini dayandırıb.
Rəylər (0):