ADB Azərbaycanla dənizdə külək enerjisi layihələrinə sərmayə qoymaq imkanlarını müzakirə edir

image

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla dənizdə külək enerjisi layihələrinə sərmayə qoymaq imkanlarını müzakirə edir. 

Renewables.az-ın məlumatına görə, bu barədə yerli mediaya müsahibəsində ADB-nin Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov bildirib.

Y.Jukov qeyd edib ki, Bank həmçinin SOCAR və digər qurumlarla dənizdə külək enerjisinə investisiya imkanlarını müzakirə edir.

Onun sözlərinə görə, ADB Azərbaycanın iqlim dəyişikliyi gündəliyinə ciddi yanaşdığını dünyaya nümayiş etdirmək üçün ölkəyə daha çox yaşıl enerji layihələrinin hazırlanmasına və həyata keçirilməsinə kömək edir: "İki il əvvəl ADB Qafqazda ən böyük günəş elektrik stansiyasına sərmayə qoyub. Bu, "Masdar" şirkətinin Ələtdəki 230 meqavatlıq elektrik stansiyasıdır, mənim də baş çəkmək şansım oldu. Bu, çox müasir elektrik stansiyasıdır və hökumətin 2030-cu ilədək “strategiya 30”u həyata keçirmək istəyini yerinə yetirmək üçün bir addımdır, və bu o deməkdir ki, bu ilə qədər ölkə bütün enerjinin 30 faizini bərpa olunan mənbələrdən istehsal edə bilməlidir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *