Türkiyə elektrik enerjisi istehsalında külək enerjisinin payını 25 faizə çatdırmağı hədəfləyir.
Renewables.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) tərəfindən təşkil edilən 12-ci Türkiyə Külək Enerjisi Konqresi - TÜREK 2023-də çıxışı zamanı deyib.
Nazir çıxışında Türkiyənin külək enerjisi potensialının 150 min MVt səviyyəsində olduğunu və bunun reallaşması üçün 140 milyard dollar sərmayəyə ehtiyac olduğunu bildirib.
Rəylər (0):