Azərbaycan Qaradağ KES-in istehsal gücünü 1,5 giqavatta çatdırmaq niyyətindədir

image

Azərbaycan ən yaxın zamanlarda Qaradağ külək elektrik stansiyasının istehsal gücünü 1,5 giqavatta çatdırmaq niyyətindədir.

"Berpaolunanenerji.az"ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov "Yaşıl" hidrogen və bərpa olunan enerji" adlı tədbir zamanı deyib.

"Biz Qaradağda külək elektrik stansiyasının tikintisi layihəsini özəl sektorla, xüsusilə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə dəsətəkləyirik", - deyə o bildirib.

E.Məcidovun sözlərinə bu cür layihələr Azərbaycana enerji səmərəliliyinə nail olmağa, bu sahəyə "yaşıl texnologiya"ları tətbiq etməyə imkan verəcək.

Qeyd edək ki, noyabrın 4-də “Azərbaycan İnvestisiya Şirkəti ASC, “Caspian HDG” MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *