Azərbaycan və Aİ dənizdə külək enerjisi sahəsində əməkdaşlıq edəcək

image

Azərbaycan və Avropa İttifaqı (Aİ) dənizdə külək enerjisi sahəsində əməkdaşlıq edəcək.

Renewables.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasında keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 10-cu iclası və Yaşıl enerji üzrə nazirlərin 2-ci görüşü zamanı bu iki enerji komponentinin inkişaf perspektivlərini təsdiqləyən müsbət müzakirələr aparılıb.

Şahbazovun sözlərinə görə, iclasda 23 ölkədən nümayəndə heyətinin iştirakı Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində mühüm rolu barədə mesajları təsdiqləyib: "Bu, bu tədbirin bütün tarixində ən böyük görüş idi. Bugünkü iclasda biz, həmçinin, ən çox enerji şirkətlərinin və beynəlxalq maliyyə institutlarının iştirak etdiyini gördük. Bu gün nazirlərin Azərbaycan-Avropa İttifaqı yaşıl dəhlizinin yaradılmasına həsr olunmuş altıncı görüşü keçirildi və mühüm qərarlar qəbul edildi”, - deyə o bildirib.

Nazir qeyd edib ki, bundan əlavə, Azərbaycanın dənizdə külək enerjisinin inkişafı ilə bağlı planları ətrafında geniş müzakirələr aparılıb və bu istiqamətdə əməkdaşlıq barədə qərar qəbul edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *