Azərbaycanda 200 MVt gücündə quruda külək enerjisi layihəsi ilə bağlı yeni sənəd imzalanıb

image

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Renewables.az nazirliyə istinadən xəbər verir ki, görüşdə enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalanıb.

Görüşün yekununda Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *