Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə infrastruktur və təbii ehtiyatlar üzrə regional direktoru Çeril Edleson Hanveyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə enerji sahəsində mövcud əməkdaşlıq, o cümlədən dənizdə külək enerjisindən istifadə sahəsi müzakirə edilib, qarşılıqlı əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə inam ifadə olunub.
TAQA şirkətinin ötürücü və paylayıcı şəbəkələr üzrə icraçı direktoru Omar Əl Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə isə elektrik şəbəkəsinin modernləşdirilməsi və enerjinin uzaq məsafələrə ötürülməsi sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Rəylər (0):