Bayden Administrasiyası ABŞ-ın ilk böyük dəniz külək enerjisi layihəsini təsdiqlədi

image

ABŞ-ın daxili işlər naziri Debora Holend və ticarət naziri Cina Raymondo tərəfindən ölkənin ilk böyük miqyaslı açıq dəniz külək enerjisi layihəsi olan "Vineyard Wind"ın inşası və idarə edilməsi təsdiqləndi.

Bu barədə "Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir.

Bildirilir ki, layihə ölkənin təmiz enerji gələcəyinə doğru irəliləməsində də böyük töhfə verəcək.

800 MVt qoyuluş gücünə sahib olacaq külək parkı, ABŞ-ın 2030-cu ilə qədər dəniz külək enerjisindən 30 GVt güc hədəfinə çatmaq üçün mühüm bir layihə olacaq.

Layihə 3,600 insana iş yeri yaradacaq və 400,000 evi təmiz enerji ilə təmin edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *