Birinci yarımildə respublikada elektrik enerjisi istehsalı 2,8 faiz artıb

image

2023-cü ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,2 mln. kVt-saat, yəni 2,8% artaraq 13 907,9 mln. kVt-saat olub.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 12 826,1 mln. kVt-saat, SES-lərdə 891,0 mln. kVt-saat, digər mənbələr üzrə isə 190,8 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 31,7 mln. kVt-saat, günəş elektrik stansiyalarında 32,3 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 126,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 472,4 mln. kVt-saat (İES-lərdə 11 644,3 mln. kVt-saat, SES-lərdə 828,1 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 218,6 mln. kVt-saat (İES-lərdə 133,5 mln. kVt-saat, SES-lərdə 55,7 mln. kVt-saat, Günəş ES-də 29,4 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 24,4 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1192,5 mln. kVt-saat təşkil edib.

2023-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 1265,2 mln. kVt-saat, idxalı isə 137,5 mln. kVt-saat olub.

Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2021,4 mln. kVt-saat olub. İyun ayında elektrik enerjisinin idxalı 87,2 mln. kVt-saat, ixrac isə 11,6 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *