Dünyada dənizdə külək elektrik stansiyalarının qoyuluş gücü 194 qiqavata çatacaq

image

Dünyanın 20 ölkəsində dənizdə külək elektrik stansiyalarının qoyuluş gücünün 2023-2027-ci illərdə hər il ortalama 26 qiqavat artaraq 194 qiqavata çatacağı gözlənilir.

Renewables.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) və Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilib.

Məlumata görə, 2022-ci ildə qlobal dənizdə külək elektrik stansiyalarının qoyuluş gücü 8,8 qiqavat və ya 15,9 % artaraq 64,3 qiqavata yüksəlib.

Hazırda dənizin ən azı 60 metr dərinliyində quraşdırılan külək elektrik stansiyaları ilə yanaşı üzən külək elektrik stansiyaları da quraşdırıla bilər və onların əhatəsinin 2030-cu ilədək genişlənəcəyi proqnozlaşdırılır.

2022-ci ildə dənizdə külək elektrik stansiyalarının qoyuluş gücündə Çin lider ölkə olub. O, ötən il qoyuluş gücünü 5,052 min meqavat artıraraq 31,442 min meqavata çatdırıb. Növbəti pillələrdə isə Böyük Britaniya (il ərzində 1 179 meqavat artıraraq 13,918 min meqavata çatdırıb) və Almaniya (342 meqavat artıraraq 8,055 min meqavat) qərarlaşıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *